Pandemiya dövründə ofislərin evlərə köçməsi, virusa qarşı alınan tədbirlər və sosial mediaya bağlılığın artması daha uzun müddət oturaq vəziyyətdə qalmağımıza yol açdı. Bu hala yanlış oturma şəklini də əlavə etdikdə əzələ-sklet problemlərindən yan qaçmaq alınmadı. Həkimlər bildirirlər ki, ortaya çıxan problem nəfəs alma şəklimizə belə təsir edir: "Uzun müddət yanlış tərzdə oturmaq, onurğamıza daha çox təzyiq edir. Bu da ağrılı problemlərə yol açır. Müalicə edilmədiyi təqdirdə isə bel və boyunda duruş pozuntularına qədər onurğa ilə bağlı bir çox xəstəliklərə gətirib çıxarır.
GunAz.az mövzu ilə bağlı araşdırmanı təqdim edir:
Doğru oturuş şəkli necə olmalıdır?
Oturarkən bəzi nöqtələrə diqqət etmək lazımdır. Unutmamamlı olduğumuz məsələ dik oturmaqdır. Kürəyinizin stula rahat bir şəkildə dəymədiyi yerlər varsa, xüsusilə aşağı hissədə bir arxalıq və ya yastıqdan istifadə edə bilərsiniz. Lazım gələrsə, boynumuzu da dəstəkləməlidir.Dirsəklərimizi yanlarda tutaraq qollarda "L” şəklini yaratmalıyıq. Dizlərimizin arxası ilə stul arasında kiçik bir boşluq yaratmalıyıq. Eyni zamanda, baldırımıza da təzyiqin olmaması üçün ayaqlarımız yerə tam dəyməlidir. İşləyərkən ekrana baxma uzaqlığı 50-70 sm arasında olmalıdır.Telefon, kompyuter ya da televizor qarşısında kürəyinizi bükən, boynunuzu düzləşdirən bir ağrı olmamalıdır. Burada ekranın yuxarı hissəsinin göz səviyyəsində olmasına da diqqət etməliyik.