SON DƏQİQƏ
» » Azərbaycanda COVİD-19 payız aylarında mutasiyaya uğrayacaq? - AÇIQLAMA

Azərbaycanda COVİD-19 payız aylarında mutasiyaya uğrayacaq? - AÇIQLAMA

Tarix:

31-08-2020, 20:10

/ 4 747 dəfə oxundu.
Azərbaycanda COVİD-19 payız aylarında mutasiyaya uğrayacaq? - AÇIQLAMA

Virusun getdikcə mutasiyaya uğraması və keyfiyyətini itirəcəyi aktını dünya həkimlərinin, virusoloqlarının əksəriyyəti iddia edir. Buna baxmayaraq hazırda bütün dünyanı cənginə almış koronavirus ştamından olan COVİD- 19 virusu təhlükəli vəziyyət yaratmaqdadır.

Sadə bir nümunə deyə bilərik. Belə ki, əvvələr həkimlər virusa 2- ci dəfə yoluxmanın olmayacağı barədə açıqlamalar verirdilərsə, indi bu belə deyil.

Qeyd edək ki, ABŞ-ın Nevada ştatında COVID-19-a yoluxaraq sağalan şəxsin ikinci dəfə virusa yoluxduğu aşkar edilib. Bu barədə "The New York Times"qəzeti məlumat yayıb.

Mutasiya prosesinin təhlükəliliyinin nəzərə alsaq, bu payız aylarında təhlükəli tendensiya yarana bilərmi?

Bununla bağlı uroloq- androloq Vasif İsmayıl danışıb:

"Mutasiyanın baş verməsi bioloji proseslərin təbiətində var. Mutasiyanın hansı istiqamətdə gedəcəyini də biz proqnozlaşdıra bilmərik. Bu dəqiqə mutasiyanın olması xəstəliyin necə gedəcəyinə təsirindən daha çox peyvəndə nə qədər təsir göstərəcəyi maraqlıdır.

Peşəkar çevrələr belə bu barədə birmənalı fikrə malik deyillər. Hər bir ölkədə fərqli nəticələr üzə çıxır və hər populyasiyada da virus başq cür dəyişikliyə uğrayır.

Bəzi yerlərdə virus güclənə bilər, bəzi yerlərdə baş verən populyasiyada virus getdikcə zəifləyə bilər.

İnsanlarımız bilsinlər ki, peyvəndi tapılmayanadək biz müəyyən təcrid tədbirləri ilə qarşı- qarşıya olacağıq".


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ