SON DƏQİQƏ

Bu əlamətlər varsa, virusa yoluxmusunuz - Həkim

Tarix:

21-08-2020, 18:01

/ 4 648 dəfə oxundu.
Bu əlamətlər varsa, virusa yoluxmusunuz - Həkim

Qızdırma, öskürək və halsızlıq koronavirusdan şübhələnməyə səbəb yaradan əsas əlamətlərdir.

Bunu Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infekionisti Fərrux Sədirov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

"Lakin məhz koronavirusa xas olan əlamət dadbilmə və iybilmənin itməsidir. Hətta bəzi ölkələrdə bu simptomları olan şəxsi koronavirus xəstəsi olaraq dərhal qeyd edirlər. Qeyd olunan xüsusiyyətləri itən şəxslərin həkimə müraciət etmələrini tövsiyə edirik. Lakin əlamətləri olmayanlar özlərini qorumaq üçün maska və sosial məsafə saxlamalıdır", - o bildirib.

TƏBİB-in Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva əlavə edib ki, bu gün hər kəs özünü və başqalarını qorumaq üçün maskanı çıxarmamalıdır:

"Yoluxdurma riski az olsa da, asimptomatik xəstələr başqalarını yoluxdura bilər. Biz hər birimiz bunu başa düşməliyik. Sadəcə qaydalara riayət etdiyimiz zaman yumşalmalara getsək belə, yoluxmalarda artım müşahidə olunmaz".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ