SON DƏQİQƏ
» » Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri...

Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri...

Tarix:

6-08-2020, 16:07

/ 4 867 dəfə oxundu.
Kimlər COVID-19-a yenidən YOLUXACAQ? - İkinci dağlanın təsirləri...

SARS-CoV-2 virusu bəzi şəxslərin yenidən yoluxması haqqında iddialar yaradır. Bu isə peyvəndlərin effektivliyi və ən əsası, ölkələrin ikinci dalğanın öhdəsindən gələ biləcəyi ilə bağlı suallar doğurur.

Mütəxəssislər artıq kimin yenidən yoluxduğunu analiz ediblər. Bunlar immunitet sisteminin müxtəlif pozğunluqları olan insanlar, həmçinin immunosupressant qəbul edənlərdir. Zəif immuniteti olan insanların COVID-19-a yenidən və tez bir zamanda yoluxa biləcəyinə inanılır.

"Virus öləndən sonra da nuklein turşusunun (RNA) parçaları hüceyrələrin içində qalır. Bəli, təkrarlanan yoluxmalar sübut edilib, lakin belə hallar olduqca nadirdir və "öldürülmüş” immun sistemi olan insanlara aiddir. Bu o deməkdir ki, qaydanın istisnası barədə danışırıq”, - Seul Milli Universitetinin professoru və ÜST-nin yoluxucu təhlükələr üzrə Strateji və Texniki Məsləhət Qrupunun üzvü O Men Don açıqlamasında qeyd edib.

Eyni zamanda, digər virusoloqlar adi insanın yenidən yoluxduğuna dair xəbərlərə istehza edirlər. Onlar bunu səhv sınaqların "qurbanı” kimi qiymətləndirir. Çünki ABŞ-da da bəzi xəstələrin koronavirus testlərinin nəticələri həm müsbət, həm də mənfi olub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ