SON DƏQİQƏ
» » Türkiyədən ŞAD XƏBƏR: COVID-19-a qarşı peyvənd istehsal olundu

Türkiyədən ŞAD XƏBƏR: COVID-19-a qarşı peyvənd istehsal olundu

Tarix:

27-07-2020, 17:45

/ 5 024 dəfə oxundu.
Türkiyədən ŞAD XƏBƏR: COVID-19-a qarşı peyvənd istehsal olundu

"2 milyon ədəd COVID-19 peyvəndi istehsal etdik və oktyabrın sonunda kliniki testlərə başlayacağıq”.

Bu sözləri komandası ilə birlikdə özünü karantinə alan və koronavirusa qarşı effektiv müalicə üsulu tapmaq üçün işlər görən türkiyəli professor Ərcümənt Ovalı deyib.

İHA-ya açıqlama verən professor bildirib ki, gələn il fevralın sonunda peyvənd üzərində işlər yekunlaşacaq.

"Testlər davam edir. Türkiyədə reallaşdırılan heyvanlar üzərindəki testlər uğurla tamamlanıb. Son mərhələ testlər üçün ABŞ-dan 22 iyunda sınaq heyvanları gələcəkdi, amma gecikmə yaşandı. Onlar 10 avqustda gələcək. Koronavirusa ilk yoluxan geni dəyişdirilmiş siçanlar göndəriləcək. 1 ay üzərlərində sınaq aparacağıq. Kliniki sınaqlar isə oktyabrda başlayacaq”, - Ə.Ovalı vurğulayıb.

Qeyd edək ki, professor ilk olaraq peyvəndin 23 apreldə hazır olacağını açıqlamışdı. Türkiyənin Səhiyyə naziri Fahrettin Koca isə bu açıqlamaya sərt reaksiya vermiş, sosial media vasitəsilə insanların hissləri ilə oynamamağı tövsiyə etmişdi. Professor bu tənqiddən sonra sosial media hesabını bağlamışdı. (Publika.az)


скачать dle 12.1

Şərhlər