SON DƏQİQƏ
» » Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO

Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO

Tarix:

27-06-2020, 20:42

/ 4 684 dəfə oxundu.
Uşaqların da tibbi maskalardan istifadə etməsi vacibdir - VİDEO

Koronavirusdan qorunmaq üçün böyüklərlə yanaşı uşaqların da tibbi maska taxaraq sosial məsafəni qoruması vacibdir. Amma bəzi valideynlər uşaqlarına uyğun ölçüdə tibii maska tapmadıqlarından narahatdılar. Onlar bildirirlər ki, uşaqlara standart maskalar alırlar, amma ölçüsü böyük olur.

Apteklərdə isə yalnız standart maskaların satışda olduğu bildirirlər.

 

Pediatr Nərmin Məmmədova hesab edir ki, uşaqlar da xəstəlik ötürücüsü ola bilirlər. Odur ki, valideynlər bu məsələdə məsuliyyətli olmalıdırlar.

O, 2 yaşınadək uşaqlara maska taxılmasını tövsiyə etmir. Bunun səbəbini boğulma, nəfəs çatışmazlığı ilə əlaqələndirir.

Ekspertlər isə deyir ki, uşaqları qorumağın ən yaxşı yolu zərurət olmadıqda onları evdən çıxarmamaq, insanların sıx toplaşdığı yerlərə aparmamaqdır.

 

 

 

 

Mövzu ilə bağlı daha ətraflı videomaterial:


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ