SON DƏQİQƏ

Təzyiq xəstələrinin diqqətinə

Tarix:

9-05-2020, 09:03

/ 1 968 dəfə oxundu.
Təzyiq xəstələrinin diqqətinə

Arterial təzyiqin yüksək olması hipertoniya xəstələrində ciddi narahatlıq yaradır. Lakin qida rejimini gözləməklə onu normada saxlamaq olar. Bunun üçün ilk növbədə qidalanmaya fikir vermək, yağlı və duzlu qidalardan çox istifadə etməmək lazımdır. Yüksək təzyiqi olanlar mədə-bağırsaq sisteminin normal çalışmasına diqqət göstərməli, daha çox meyvə və tərəvəzlərlə qidalanmalı, çəkisini nəzarətdə saxlamalıdır.

Bu barədə həkim-kardioloq Nüşabə Səfərova deyib:

"Həmin xəstələrə şirniyyat və şirin içkilərin miqdarını azaltmaq tövsiyə olunur. Arterial təzyiqi yüksək olanlar limonu gündəlik qida rasionuna daxil etməlidir, çünki onun tərkibində olan C vitamini ürəkdə əmələ gələn patologiyaların qarşısını ala bilir, ona görə də hər səhər bir stəkan limonlu su içmək faydalı hesab olunur. Həmin xəstəlikdən əziyyət çəkənlər üçün qarpız tumu da çox faydalıdır”.

Həkim-kardioloq bildirib ki, aparılan bir çox araşdırmalara görə, gün ərzində bir-iki diş sarımsaq yemək də təzyiqi normada saxlaya bilir. Cəfəri şirəsi və dəmləməsi də təzyiq xəstələri üçün xeyirlidir. Zəncəfil, qatıq, nar kimi məhsullar da arterial təzyiqdən əziyyət çəkənlər üçün faydalıdır

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ