SON DƏQİQƏ

Azərbaycanda koronavirus necə müalicə olunur?

Tarix:

6-05-2020, 19:32

/ 1 965 dəfə oxundu.
Azərbaycanda koronavirus necə müalicə olunur?

Azərbaycan koronavirus xəstələrinin müalicəsində Çinin müalicə protokollarından istifadə edir.

Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Operativ Qərargahın bu gün baş tutan brifinqdə deyib.

Z.Əliyev qeyd edib ki, dünyada istifadə olunan bütün dərman və müalicə prosedurları tətbiq edilir.

Həftədə bir neçə dəfə Cənubi Koreya və İsrail kimi ölkələrin mütəxəssisləri ilə ölkəmizin mütəxəssisləri arasında video-konfrans üsuluyla təcrübə mübadiləsi aparılır:

"Bundan başqa, Türkiyədəki azərbaycanlı həkimlər 3 aylıq ölkəmizə ezam olunub və xəstələrin müalicəsi ilə məşğuldurlar".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ