SON DƏQİQƏ
» » Koronavirusla bağlı psixoloqa müraciət edənlər nədən şikayətlənir?

Koronavirusla bağlı psixoloqa müraciət edənlər nədən şikayətlənir?

Tarix:

15-04-2020, 14:49

/ 2 106 dəfə oxundu.
Koronavirusla bağlı psixoloqa müraciət edənlər nədən şikayətlənir?

Son bir həftədə Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xətti vasitəsilə nazirliyin psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi təşkil olunub. 
Bir həftə ərzində psixoloji yardımla bağlı respublikanın müxtəlif regionlarından qaynar xəttə 350-yə qədər müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına yoluxma qorxusu yaşayan, yaşlı valideynlərinə görə narahatlıq, gərginlik keçirən, təşviş içərisində olan insanlardan daxil olub. Müraciət edənlər içərisində iş həyatına alışmış və hazırda gündəlik rejimini düzgün, səmərəli bölüşdürməkdə çətinlik çəkən insanlar da az deyil. 
Qeyd edək ki, 24 saat fasiləsiz fəaliyyət göstərən telefon xəttində FHN-in xüsusi hazırlıqlı 12 nəfər psixoloqu işləyir. Onların əsas işi vətəndaşları karantin rejiminə uyğunlaşmağa kömək etməkdən ibarətdir.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ