SON DƏQİQƏ

Öz dəri tipinizi ayırd edin. SADƏ TEST

Tarix:

27-07-2019, 23:28

/ 2 846 dəfə oxundu.
Öz dəri tipinizi ayırd edin. SADƏ TEST

Su-yağ balansının vəziyyətindən asılı olaraq insanların üz dərisinin aşağıdakı tipləri ayrıd edilir: normal dəri; quru dəri; yağlı dəri; qarışıq dəri.

İnsan öz dəri tipini necə ayırd edə bilər?

Bunun üçün aşağıdakıları etmək lazımdır:

1. Kosmetik süddən istifadə etməklə üzünüzü yuyun.

2. Bir saat gözləyin.

3. Diqqət yetirin ki, dərinizdə dartılma hissiyyatı varmı?

4. Bir neçə ədəd nazik kağız parçası götürərək onları dərinizin müxtəlif hissələrinə (çənə, yanaqlar, alın, burun) sıxın.

5. Daha sonra bu kağız parçasını işığa tutaraq onun üzərində yağlılıq izlərinin olub-olmamasına diqqət yetirin.

6. Əgər bütün kağız parçalarında yağ izləri olarsa, demək, sizin dəriniz yağlı dəri tipinə aid edilir.

Əgər yağ izləri yalnız alın, burun və çənəyə qoyulmuş vərəqlərdə olarsa, sizin dəriniz qarışıq dəri tipinə aid edilir.

Əgər yağ izləri heç bir kağız parçalarında olmazsa, sizin dəriniz normal dəri tipinə aiddir.

Əgər dərinizdə dartılma hissiyyatı olarsa, sizin dəriniz quru dəri tipinə aid edilir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ