SON DƏQİQƏ

Xəstəliyi vaxtında aşkar edin!

Tarix:

23-01-2019, 12:07

/ 10 442 dəfə oxundu.
Xəstəliyi vaxtında aşkar edin!

 Sağlamlıq insanın təkcə xəstə olmaması ilə ölçülmür, həm də onun fiziki, psixoloji və sosial rifahının öz qaydasında olması ilə müəyyən olunur.

GunAz.az-in məlumatına görə, Respublika "Müharibə Veteranları" xəstəxanasının Həkim terapevti Gülnarə Mahmudova aşağıda yazılanları hər bir xəstəyə izah etdikdən sonra onları gündəlik nəzarətdə saxlayır, öz işindən zövq aldığını və bu onun vəzifə borcu olduğunu bildirir.

-İdmanla məşqul olun. Gündə 1 kilometr piyada gəzmək və ya həftədə 3 dəfə yüngül idmanla məşğul olmaq ürək damar xəstəliklərinin qarşısını alır.

-Kəpəkli məhsullar xərçəngdən qoruyur. Həftədə 4 dəfə kəpəkli çörəkmakaron və ya qabıqlı düyü yemək xərçəng ehtimalını 40% azaldır.

-Ürək-damar xəstəliklərinin 3/1-ə səbəb olan hamburger, kartof qızartması və s kimi qidalardır.

-Yeni bir araşdirmaya görə çəkinin üzərinə gələn hər yeni kiloqram insanın ömrünü 20 həftə qısaldır. Artıq çəkilərdən xilas olmaq ürək,xərçəng,oynaq iltihabı və s xəstəliklərdən də xilas olmaq deməkdir.

-İdmanla məşğul olmaq yağı,duzu azaltmaq xolestrolu aşağı salır. Bu da infarkt və iflicdən qoruyur.

-Stresə qarşı mübarizə aparın.

-Sosial fəaliyyətlər, hobbilər stresə qarşı mübarizə üçün ən yaxşı vasitədir.

-Siqareti atmaq artıq çox asandır.İndi bunun üçün saysız hesabsız vasitələr var.Məsələn nikotin lentləri,saqqızlar,iynə ilə müalicə və s.

-Yuxusuz qalmayın. Yuxu immun sisteminin daha yaxşı fəaliyyət göstərməsinə kömək edir.Yuxusuzluq isə konsentrasiyanın pozulmasına səbəb olur.

-Hər gün vitamin qəbul edin. Tərkibində fol turşusu olan vitamin həbləri xərçəng və ürək damar xəstəliklərindən qoruyur.

-Xəstəliyi vaxtında aşkar edin!
-Profilaktika.
-Ildə bir dəfə poliklinikada tam dispanserizasiya keçməyi unutmayın!
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ