SON DƏQİQƏ

Kişilər yaşlandıqca niyə kövrəkləşir?

Tarix:

12-12-2018, 16:50

/ 10 517 dəfə oxundu.
Kişilər yaşlandıqca niyə kövrəkləşir?

Kişilərin əksəriyyəti yaşlandıqca kövrəkləşir, adi şeylərdən təsirlənir, hətta bəzən gözləri də yaşarır.

GunAz.az milli.az -a istinadla xəbər verir ki, bunun səbəbi kişilik hormonu sayılan testesteronun yaş artıqca azalmasıdır.

40 yaşından sonra kişilərdə testesteron səviyyəsi xeyli aşağı düşür. Bununla da onlar daha az aqressiv olurlar və müəyyən qədər kövrəkləşirlər.

Testosteron oğlanı kişiyə çevirən, eləcə də, kişini qadından fərqləndirən əsas hormondur. Buna görə də, qadınlar steroid qəbul etmədiyi müddətdə heç vaxt kişilər qədər iri ola bilmirlər. Testosteron hormonu yaş artdıqca azalır və bu hormonun azlığı digər neqativ hormonlar sayılan kortizol, estrogenin artmasına şərait yaradır.

Bu hormon sağlamlıq, enerji, libido, immunitet sistemi və sümük əriməsi ilə yaxından əlaqədardır. Testosteronun olmaması həyati əhəmiyyət kəsb etməsə də, bu hormonun varlığı kişi xüsusiyyətlərinin inkişafı və funksiyası üçün şərtdir. Testosteron öz təsirini hələ ana bətnində olarkən göstərməyə başlayır. Ana bətnində kişi xüsusiyyətlərinin meydana gəlməsində iştirak edir. Sonra yetkinlik dövründə də cinsi  xüsusiyyətlərinin inkişafını təmin edir. Androgenler bədəndə tüklənməyə, səs qalınlaşmasına, sebum istehsalına, əzələ kütləsində artıma və qan yaranmasına təsir edər. Testosteron ümumi sağlamlığa, fiziki və zehni inkişafa da təsir edir. Eyni zamanda, bu hormon romantik vəziyyət və motivasiya üçün də əhəmiyyətlidir. Testosteron azlığı olan kişilərdə depressiya və motivasiya çətinliyinə rast gəlinir.

Testosteronun cinsi davranış və fəaliyyətə əhəmiyyətli təsiri var.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ