SON DƏQİQƏ
» » Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?

Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?

Tarix:

25-08-2018, 20:54

/ 11 366 dəfə oxundu.
Ağızda acı, turş, şirin dad hansı xəstəliyin əlamətidir?

Bəzən insanlar səbəbsiz olaraq ağızda hər hansı dad (şirin, turş, acı və s.) hiss edirlər. Əgər bu hal daim təkrarlanırsa, buna laqeyd yanaşmayın.

Bu hər hansı xəstəliyin ilk simptomlarında biri ola bilər.

Şirin dad

GunAz.az saglamheyat.com-a istinadən bildirir ki, əgər siz heç bir şirin qida qəbul etmədən ağzınızda daim şirin dad hiss edirsinizsə, bunun səbəbi bu kimi pozulmalar ola bilər:

- mədəaltı vəzi xəstəlikləri

- şəkərli diabet

- nəfəsalma sisteminin infeksion xəstəlikləri

- sinir sisteminin fəaliyyətində pozulmalar

- güclü xroniki stress və depressiya

- siqaret çəkməkdən imtina

- bəzi kimyəvi maddələrlə zəhərlənmə

Acı dad:

- əsasən qaraciyər və öd kisəsi xəstəlikləri

- qastrit, xora, reflüks xəstəliyi

- qurd xəstəlikləri

- ağız boşluğu xəstəlikləri (periodontit, gingivit, stomatit, paradontoz)

- qalxanvari vəzinin fəaliyyətində pozulmalar

- bəzi dərmanların uzun müddət ərzində qəbulu

Turş dad:

- qastrit, xora xəstəliyi

- ağız boşluğu xəstəlikləri

Duzlu dad:

- susuzlaşma

- tüpürcək vəzilərinin xəstəlikləri

- sinusitlər (haymorit, frontit)

скачать dle 12.1

Şərhlər