![Ev şəraitində dərinizi belə cavanlaşdırın](/uploads/posts/2018-06/1529770775_1389_rencd8619m.jpg)
İlin bütün fəslində üz dərisi baxım tələb edir. Yay fəslində günəş şüalarından qorunma üçün isə bu daha vacibdir.
Gunaz.Az ev şəraitində asan hazırlanan maskalar təqdim edir:
Yulaf və limon şirəsi maskası:
2 xörək qaşığı bişmiş yulafı püre halına gələnə qədər əzin və 1 xörək qaşığı limon şirəsi əlavə edib qarışdırın. Üzünüzə sürtüb 25 dəqiqə saxlayın. Yuduqdan sonra üzünüzə nəmləndirici krem sürtün.
Portağal maskası:
Portağal qabığını qurudub, un halına gətirin. Sonra ona azca süd əlavə edin və krem halına gələnə qədər qarışdırın. Üzünüzə sürtün, quruduqdan sonra yuyun.
Quru süddən hazırlanan maska:
1 xörək qaşığı bal, limon şirəsi və quru südü qarışdırın. Üzə sürtüb 10 dəqiqə saxladıqdan sonra yuyun.