SON DƏQİQƏ

Ürək əməliyyatına əlvida!

Tarix:

15-05-2018, 12:46

/ 11 007 dəfə oxundu.
Ürək əməliyyatına əlvida!

 

Bədəninizin damarlarında tıxaclar varsa, bu şirəni içməklə ürək əməliyyatına ehtiyac qalmayacaq. Ona görə ki, damarlarınızdakı tıxaclar açılacaq. Bunun üçün sizin hər gün yarım stəkan  (təxminən 30 cc) bu qatı təbii şirədən içməyiniz kifayətdir.

 

Limon və sarımsaq şirəsi necə hazırlanır?

 

30 ədid qabığı soyulmuş sarımsaq (sarımsağı suya qoysanız qabığı asanlıqla soyulacaq), 5 ədəd turş limon. Limonun çiyidləri çıxarıldıqdan sonra qabıqlı halda sarımsaqla bir yerdə müəyyən cihaz və ya maşınla (məsələn, «mixer»lə) xırdalanır. Hər ikisi bir-birinə qarışaraq əzildikdən sonra onu 1 litr suya tökür və qaynadırıq. Diqqətli olun ki, cəmi bir dəfə qaynasın. Soyuduqdan sonra onu süzür və suyunu şüşə qaba tökərək soyuducuda saxlayırıq.

 

Necə istifadə etməli?

 

Dediyimiz kimi, bu şirəni gündə bir dəfə yarım stəkan (30 cc) olmaqla əsas yeməklərdən əvvəl və ya sonra (məsələn, hər gün axşam yeməyindən əvvəl və ya sonra) yarım stəkan için. Üç həftə davamlı istifadədən sonra bütün bədəninizdə gümrahlığı hiss edəcəksiniz. Bununla sizin damarlarınızdakı tıxaclar və ondan törəyən digər problemlər (məsələn, görmə və eşitmə zəifliyi) həllini tapacaq. Unutmayın, birinci üç həftəlikdən sonra səkkiz gün fasilə verməlisiniz. Bundan sonra ikinci üç həftəliyə başlaya bilərsiniz. Beləliklə, bunun müsbət nəticələrini görəcəksiniz.

Bu ucuz, təsirli və zərərsiz müalicə qaydasını hər il təkrarlayın.

 

Sarımsaq iyi

 

Bu mayeni içdikdən sonra heç kim sizdən sarımsaq iyi gəldiyini hiss etməyəcək. Yoxlaya bilərsiniz.

 

Sarımsaq-limon şərbətinin digər faydaları

 

Sarımsaq və limonun şəfaverici gücü bu mayeni içdikdən sonra özünü tamamilə göstərəcək. Güclü yağlılığa (xolestrol; LDL) tutulmuş və damarları yüksək yağlılıq nəticəsində daralmış, yaxud qanda yağlılıq problemi olan şəxslər arxşamlar daha rahat və aram yuxuya sahib ola bilərlər. Daha fiziki işlərlə məşğul olmaq və idman etmək də olar. Çünki damarlarda yol açıqdır - yaxşı yol, qan!

Həmçinin, bu şirə dişlərin yiyilməsi xəstəliyinə tutulanlara, yaxud dişlərinin üstünü çirk qatı örtmüş şəxslərə də faydalıdır.

Bu yazı Orlangen Tibb Universitetinin rəsmi saytından tərcümə olunmuşdur. Xatırladaq ki, bu universitet (University ov Erlangen) Almaniyanın şimalında Bavaryada yerləşir.

 

Rəsmiyyə Heybətağaqızı

 

скачать dle 12.1

Şərhlər