SON DƏQİQƏ

Yaşıl alçanın bilinməyən - faydaları

Tarix:

7-05-2018, 20:37

/ 10 677 dəfə oxundu.
Yaşıl alçanın bilinməyən - faydaları

Yayın ləzzətli xəbərçisi olan yaşıl alça artıq süfrələrdə sürətlə yerini almağa başlayıb.

Gunaz.az xəbər verir ki, hər şəxsə uyğun olaraq qidalanma proqramına alça əlavə edərək arıqlama müddətini sürətləndirmək və həzm sistemini qaydaya sala bilərsiniz.

Yaşıl alça C vitamini, potasium, A vitamini və fosfor cəhətdən zəngin bir qidadır.

Yaşıl alça təbii asit tərkibi yüksək olan bir meyvədir. Sitrik asit bədəndəki laktik asiti təsirsiz hala gətirərək yorğunluğun qarşısını alır.Qatıq, ayran, pendir kimi süd məhsulları ilə birlikdə yeyildikdə kalsium təsirini artırır, diş və sümük sağlamlığını qoruyur.

Yaşıl alça dəmir qəbulunu çoxaldır və qansızlığın qarşısını alır. Xüsusilə qırmızı ət və yumurta yedikdən sonra meyvə olaraq alça yemək dəmir təsirini artıra bilər.

Həmçinin yaşıl alça yaşlanmanın qarşısını alır, dərini təzəyir. Qan şəkərinin düşməsinə kömək edir, bu sayədə çəki atmaya kömək edir.

Sağlam qidalanmada gündə 2-3 porsion meyvə yeyilməlidir. Bu meyvələrin mövsüm meyvəsi olması vacibdir.

Yaşıl alça duz ilə birlikdə yeyildikdə şişə səbəb olacağı üçün duzsuz yeyilməsi məsləhət görülür.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ