SON DƏQİQƏ

Hansı masaj bizə faydalıdır? - MASAJIN FAYDALARI

Tarix:

15-03-2018, 18:00

/ 12 448 dəfə oxundu.
Hansı masaj bizə faydalıdır? - MASAJIN FAYDALARI

Həm əzələləriniz rahatlansın, həm də parlaq bir dəriniz olsun istəyirsinizmi? Orqanizmimizin ehtiyacına görə seçəcəyiniz masaj növləri özünüzü heç olmadığı qədər rahat hiss etməyinizi təmin edəcək.

Massaj orqanizm stressini azaldan və əzələləri rahatlaşdıran bir ritual. Masajı işinin əhli insanlar etdikdə bədən üzərində çox daha təsirli olur. Əzələlərin dincəlməsini və zəifləməsini təmin edən masaj həmçinin bədəni canlandıran bir növ meditasyon vəzifəsi də edir.Gunaz.az faydalı masaj növlərini sizlərə təqdim edir.

İsveç masajı.

Bədəndəki qan dövranını sürətləndirmək istəyən şəxslər üçün olan İsveç masajı, əzələlər üzərində olan gərginliyi azaldaraq əzələlərin zəifləməsinə yardımcı olur. İsveç masajı bədəni rahatlaşdıran müxtəlif ətirli yağlardan yardım alınır. Bu masajın ideal müddəti isə adətən 1 saatı keçmir.

Ətir müalicə massajı.

 

Ətirli və bitki əsaslı yağlarla bədənin müəyyən hissələrinə yüngül toxunuşlar tətbiq edilməsi əsasına söykənən ətir müalicə massajı, masajın özü qədər bitki tərkibli yağlarla da şəxsi sakitləşdirməyi hədəf seçir.

Anti-selülit masajı.

Qadınların gözdəsi olan anti-selülit masajı ilə orqanizmin qan dövranı sürətləndirilir və bədəndə olan toksinlərin çölə atılması məqsədi güdülür. Şiş və sellülit kimi arzuolunmaz dəri görüntülərinin ortadan qaldırılması ilə orqanizm daha şəkilli və diri bir quruluşa çevrilir.

Tay masajı.

Hindistan və Çin mənşəli olan Tay masajı, masaj edənlərin əl və əlləri vasitəsilə bədəndəki bəzi müəyyən olunmuş nöqtələrə bir növ təzyiq tətbiqi ilə aparılır. Buradakı məqsəd bədəni stressdən təmizlənmək və orqanizmin tarazlı aurasına qovuşmasını təmin etməkdir.

 

Üz masajı.

Üz masajı üz əzələlərini sakitləşdirmək üçün tətbiq olunur. Üz masajı adətən yuxu problemi çəkənlər, baş ağrısı şikayəti olanlar və mərkəzi sinir sistemini sakitləşdirmək istəyənlərin seçimi olur. Üz masajı ilə birlikdə üz əzələlərindəki təzyiq azalır və insanın müvazinət gücü artır. Üz masajı dekolteli, boyun və çiyin bölgəsini də əhatə edən bir masaj növü və bu bölgələrdə problemi olanlar üçün də ideal bir həllidir.

 

İdmançı masajı.

İdmançıların əzələlərini rahatlaşdırmaq və əlillik qarşısını almaq üçün edilən bu masaj bədəndəki şiş və şişkinlik kimi problemlərin də aradan qaldırılmasını təmin edir. Bu tip masaj əsasən idman edən insanlar və peşəkar idmançılar üçün etirilməsi təsirli nəticələr doğurur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ