SON DƏQİQƏ
» » Qaçış yaddaşı gücləndirir -ALİMLƏRİN YENİ KƏŞFİ

Qaçış yaddaşı gücləndirir -ALİMLƏRİN YENİ KƏŞFİ

Tarix:

20-02-2018, 10:28

/ 1 145 dəfə oxundu.
Qaçış yaddaşı gücləndirir -ALİMLƏRİN YENİ KƏŞFİ

ABŞ-ın Briqama Yanqa universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.
Gunaz.az məlumat verir ki, nəticələrə əsasən, qaçış xroniki stressin beyinin hippokamp hissəsinə mənfi təsirini azaldır. Nəticələr "Neuroscience" jurnalında dərc edilib.

 

Alimlər siçanlar üzərində tədqiqat aparıblar. Heyvanların bir qrupu 4 həftəlik müddət ərzində təkərlərdən istifadə edib. Digər qrup isə, az hərəkətli həyat tərzi keçirib. Bununla yanaşı, heyvanlar stress vəziyyətlərinə tabe tutulublar. Siçanlar soyuq suda üzməyə və hündür platformada gəzməyə məcbur edilib. Nəticədə məlum olub ki, fiziki gərginliyə məruz qalan və stress keçirən siçanlar tapşırığın öhdəsindən asanlıqla gəlirlər. Digər qaçmayan siçanlar isə, tapşırığın öhdəsindən gələ bilməyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ