SON DƏQİQƏ

Sağlam yaşamağın sirləri

Tarix:

1-07-2017, 23:51

/ 4 954 dəfə oxundu.
Sağlam yaşamağın sirləri

Sağlam həyatın sirri sağlam qidalanmaqdan keçir.
Deyerler.org-a istinadən bildirilir ki, mütəxəssislər sağlam həyat üçün lazım olan bəzi qidalar və qidalanma vərdişlərini təklif ediblər.
Yaşıl çay
Səhər ac qarnına içilən 1 stəkan yaşıl çay bol miqdarda enerji verir, yorğunluğu aradan qaldırır. Ancaq yaşıl çayın faydaları bununla da bitmir. Təbii antioksidant tərkibli yaşıl çay xərçəngə qarşı qoruyucu təsirə malikdir. Əgər yaşıl çayın içinə limon və mixək də əlavə etsəniz, təsiri daha da artacaq.
Darçınlı süd
Bir fincan qaynar südə bir çay qaşığı darçın tozu əlavə etməklə qarışdırıb içsəniz, orqanizmdəki artıq yağların yandırılmasına kömək etdiyini görəcəksiniz. Çünki süddəki kalsium metabolizmanı maddələr mübadiləsini sürətləndirir. Süddəki protein uzun müddətli toxluq hissi verir, aclıq narahatlıqlarının qarşısını alır. Bundan başqa, darçın insulinin səviyyəsini tənzimləyir, şirniyyat istəmənin qarşısını alır.
Mineral su və ayran
Qarındakı yağları əritmək üçün mineral sulu ayran içmək, möcüzəvi təsir bəxş edir. Bir stəkan təbii mineral suyuna 3 yemək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın.
Mineral sulu ayranı hər gün bir stəkan içə bilərsiniz. Yağ yandırıcı təsiri ilə birlikdə ümumi bədən sağlamlığını gücləndirir və köpmənin qarşısını alır. Bu resepti hazırlayıb içsəniz rahat yatmağa kömək etdiyini görəcəksiniz.
Bundan başqa, yuxu vaxtı maddələr mübadiləsinin fəaliyyətinə kömək edir və çəki azaltmağı asanlaşdırır.
Pomidor suyu
C vitamini və likopen ehtiva edən pomidor, xərçəng növlərinə qarşı qoruyucu təsirə malikdir. Şirəçəkən maşını ilə təzə pomidor suyu əldə edə bilərsiniz. Bir stəkan pomidor suyu 30 kaloridir. Likopen ehtiva edən pomidor şirəsi ürək sağlamlığını möhkəmləndirir. Ürək-damar sistemi xəstəlikləri riskini azaldır. Yeməklər arası 1 stəkan təzə pomidor suyu içə bilərsiniz.
Zəncəfil suyu
Zəncəfil çayı immuniteti gücləndirir və qripdən sürətlə müalicə edir. Bir fincan isti suya yarım çay qaşığı toz zəncəfili qarışdırıb içəndə dərhal təsirini göstərir.
 

GUNAZ.az 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ