Ət alarkən bunlara diqqət edin - Zəhərlənə bilərsiniz...
Tarix:
23-06-2017, 21:49
/ 5 443 dəfə oxundu.
Ət məhsullarının təzə olması sağlamlıq cəhətdən olduqca vacibdir. Xarab olmuş ət zəhərlənmələrə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Buna görə də, ət alarkən onun təzə olub-olmadığını mütləq yoxlayın. Ətin təzə olub-olmadığını anlamağın ən rahat üsulu rəngini yoxlamaqdır. Təzə ət qırmızı və parlaq görünüşə sahibdir. Ət bənövşəyi rəngə çalırsa, bayatlamağa başladığını göstərir. Ətin üstündə yaşıl və qara nöqtələr varsa, ətin tamamilə xarab olduğunu göstərir. Qoxusuna diqqət edin Xarab olmağa başlayan ət pis qoxu verir. Xüsusilə, xarab yumurta qoxusu və ya turş bir qoxu hiss edirsinizsə, deməli ət xarab olub. Əldə yapışqan hiss buraxırsa Təzə ət parlaq olur və toxunduğunuzda əlinizə yapışmaz. Toxunduğunuz zaman yapışqan hiss qalırsa, ətin xarab olduğunu göstərir. Bişdikdən sonra Təzə ət bişdikdən sonra diri və yumşaq olur, ağızda dağılır, asanlıqla dilimlənir.