SON DƏQİQƏ
» » 4 övlad atası 80 gündən sonra ŞƏHİDLİYƏ YÜKSƏLDİ

4 övlad atası 80 gündən sonra ŞƏHİDLİYƏ YÜKSƏLDİ

Tarix:

10-02-2021, 17:54

/ 3 283 dəfə oxundu.
4 övlad atası 80 gündən sonra ŞƏHİDLİYƏ YÜKSƏLDİ

Kiçik çavuş Elçin Bağırov 1989-cu ilin 27 aprel tarixində Ağdam rayonunun Sarıcalı kəndində doğulmuşdu. Ailədə 2 qardaş, 1 bacı idilər. Erkən yaşlarından atasını itirən Elçin orta məktəbi oxuduğu zamanda Ağdam rayonunun 5 illik musiqi məktəbini də bitirmişdir. Elçin Bağırov 2007-ci ildə hərbi xidmətə yollanıb və 2009-cu ildə öz xidmətini başa vurmuşdur.
Sonradan özəl şirkətlərdə mühafizə xidmətində çalışan qəhrəmanımız müharibədə də fəal iştirak etmişdi. Onun döyüş yolu Murov dağlarından, Talış kəndindən keçdi. Müharibənin ilk günlərində ayağından yaralansa da, komandiri onu geri qaytarmağa çalışsa da Elçin razı olmamışdı.
Öz köynəyini çıxararaq yarasını sarıyan və döyüşə davam edən kiçik çavuş Bağırov yaralı komandirinə kömək edərkən qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Neytral ərazidə qaldığı üçün şəhidimizin nəşi 80 gündən sonra ailəsinə təhvil edildi.
Qarabağda doğulub Qarabağ üçün can verən Şəhid Elçin Bağırov Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılıb.
Qardaşı deyir ki, Elçin həmişə deyərdi ki, "Həyat gözəldir, yaşamaq da gözəldir"
Vətənə əmanət 4 körpəsi qalan qəhrəmanımız... Şəhadətin mübarək olsun!
Allah rəhmət eləsin.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ