SON DƏQİQƏ
» » Qarabağda 7 erməni əsgərin, 1 “mülki şəxs"in meyiti tapıldı

Qarabağda 7 erməni əsgərin, 1 “mülki şəxs"in meyiti tapıldı

Tarix:

19-01-2021, 12:08

/ 5 915 dəfə oxundu.
Qarabağda 7 erməni əsgərin, 1 “mülki şəxs"in meyiti tapıldı

Qarabağda daha 7 erməni əsgərin və bir "mülki şəxsin” meyiti tapılıb.

Bu barədə erməni mediası məlumat yayıb.

Bildirilib ki, meyitlər Hadrut, Cəbrayıl və Qubadlının Ermənistanla sərhəddə yerləşən hissəsində aşkarlanıb.

Bununla da Qarabağda döyüş meydanlarında tapılan erməni əsgər meyitlərinin sayı 1246 olub.

Qeyd edək ki, İkinci Qarabağ savaşı zamanı ermənilərin mülki geyimdə döyüşlərdə iştirak etdiyi kadrları yayılırdı. Həmin vaxt bunu "vətənpərvərlik” kimi təqdim edən ermənilərin onların öldüyü halda "mülki şəxs öldürüldü” deyə təbliğat apardığı müşahidə edildi.

Bu "mülki şəxs”in də döyüş meydanında meyitinin tapılması göstərir ki, əslində, o mülki paltarda olan, amma döyüşə qatılan ermənidir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ