SON DƏQİQƏ

Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytardı

Tarix:

28-12-2020, 18:16

/ 6 413 dəfə oxundu.
Azərbaycan daha dörd hərbi əsiri Ermənistana qaytardı

Azərbaycan daha dörd erməni hərbi əsiri Rusiya və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistana qaytarıb.
 
Bu barədə Ermənistan Baş nazirinin müavini Tiqran Avinyan bildirib.
 
"Əsirlərin geri qaytarılması ilə bağlı artıq onların qohumlarına məlumat verilib. Onlar hazırda həkim nəzarəti altındadır və lazımi tibbi və psixoloji yardım alacaqlar", - deyə o qeyd edib.
 
Baş nazirin müavini vurğulayıb ki, hərbi əsirlərin mübadiləsi prosesi davam edəcək.
 
Xatırladaq ki, əsir və girovların qarşılıqlı mübadiləsi əsasında dekabrın 14-də Ermənistana 44 hərbi əsir qaytarılıb.
скачать dle 12.1

Şərhlər