SON DƏQİQƏ
» » Vətən müharibəsində şəhid olan əsgərlərimizin - Yeni siyahısı

Vətən müharibəsində şəhid olan əsgərlərimizin - Yeni siyahısı

Tarix:

21-12-2020, 18:30

/ 6 387 dəfə oxundu.
Vətən müharibəsində şəhid olan əsgərlərimizin - Yeni siyahısı

Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yeni siyahısını açıqlayıb.

Nazirlikdən verilən xəbərə görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2802 nəfərin foto-şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş məlumat təqdim olunub.

Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Yenilənmiş siyahı BURADA.


скачать dle 12.1

Şərhlər