SON DƏQİQƏ
» » MN-dən şəhidlərimizlə bağlı - Yeni açıqlama

MN-dən şəhidlərimizlə bağlı - Yeni açıqlama

Tarix:

14-12-2020, 18:13

/ 5 764 dəfə oxundu.
MN-dən şəhidlərimizlə bağlı - Yeni açıqlama

Azərbaycanın Müdafiə Nazirliyinin Vətən müharibəsində Silahlı Qüvvələrimizin şəhid olmuş 2783 nəfər hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumata əlavə olaraq bildirir ki, bu günədək 2756 şəhidimiz dəfn edilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

"Dəfn edilmiş şəhidlərimizin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirilir.

Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ