SON DƏQİQƏ
» » Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Tarix:

9-12-2020, 21:33

/ 1 302 dəfə oxundu.
Zəfər paradına Şuşaya sancılan bayrağı Pənahəli xanın nəslindən olan general-mayor gətirəcək

Sabahkı Zəfər paradında Şuşaya sancılan bayrağı meydana gətirəcək şəxsin kimliyi məlum olub.

 

Bunu paradın ssenari müəllifi və aparıcısı, Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani Modern.az-a müsahibəsi zamanı bildirib.

"Bayrağı meydana Şuşanın alınmasında, hərbi əməliyyatların keçirilməsində müstəsna xidmətləri olan, möhtərəm Prezidentimizin sərəncamı ilə general-mayor ali hərbi rütbəsinə layiq görülən, Qarabağ xanlığının, Şuşa qalasının əsasını qoyan Pənahəli xan Cavanşirin nəslindən olan və Şuşa azad olunandan sonra ilk komendant Zaur Məmmədov gətirəcək”, - A.Qurbani qeyd edib.  


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ