
Adam param-parça olur, darmadağın dağılır...o qədər ki, özünü axtarmağa başlayır..heç kimin olmadığı bir yerə çəkilmək, hönkürtü ilə ağlamaq,bağırmaq istəyir..sonra da dünyanın yaxasından tutub Allahın cənginə vermək istəyir...
Bizim üçün ağır olan, amma adiləşən həyat səhnəsi..hələ həyatı çəhrayı rəngdə görən qızı qaçırdır...sonra əllərinin xınası solmamış o gəlini burda qoyub dağılıb xaraba qalmış Rusiyaya gedir, ya nataşalarınmı, ya haykanuşlarınmı araq iyindən baş çatlayan evi xoş gəlir, ilişib qalır..burda isə bir oğul bala doğulur..ata üzü görmədən böyüyür.. və o gəlinin əllərinin xınasını ağır həyat soldurur...
Əgər sağ qalsaydı, o əsgərimiz... heç zaman atası kimi olmazdı...heç zaman olmazdı..17 yaşlı ana uşağını taleyin ümidinə qoyub Rusiyanın küçələrində gündə yüz dəfə onun-bunun qabağında əyilməzdi..
O ana payı karalyoka baxa bilmir adam... balasının cəbhəyə aparıldığını eşidib...qaranəfəs əlini atıb bir karalyok götürüb...oğlu əliboş yola düşməsin deyə...nə başqa bir şeyi olmayıb verməyə,nə də pulu-parası..
Görəsən gündə neçə dəfə əsgər balamız o karalyoka baxıb, gündə neçə dəfə anasının ətrini alıb..görəsən gündə neçə dəfə yemək istəyib,
amma anasının əllərini, gözlərini xatırlayıb dayanıb..bəlkə də şəhid olanda əlləri ilə o karalyoka toxunub...anasının əli kimi..
bəlkə də əsgərimiz şəhid olana qədər ananın verdiyi kimi qalıb karalyok... əsgərə güllə dəyəndə isə bax beləcə çat-çat olub..şəhid olub.. sahibi kimi...(c)
xxx
"Mənim 17 yaşım olanda qonşumuzun oğlu məni qaçırtdı. Kasıb ailədən olduğum üçün atam, anam səs-küy salmadı. Bir ildən sonra oğlum oldu. Yoldaşım bizi qoyub, Rusiyaya getdi. Mən oğlumu süpürgəçiliklə, qab yumaqla böyütdüm.
Gün gəldi, oğlum döyüşlərə yollandı. Mən isə o gün marketi süpürürdüm. Qaçaraq özümü oğlumun getdiyi avtobusa çatdırdım. Oğluma verməyə pulum yox idi deyə, cibimdəki karalyoku ona verdim. Şəhid olandan sonra oğlumun əşyalarını mənə verəndə çantasından qaralmış bir karalyok çıxdı."