SON DƏQİQƏ

Ərini və qardaşını şəhid verən Azərbaycan XANIMI

Tarix:

23-11-2020, 08:07

/ 6 475 dəfə oxundu.
Ərini və qardaşını şəhid verən Azərbaycan XANIMI

...Heç nə elə belə olmur..Nə əsgər cəbhədə canavar kimi elə belə döyüşmür , nə o ƏSGƏRƏ güvənən Sərkərdənin yumruğu elə belə düyünlənmir... Bu o zaman olur ki, analar "balam torpağı, vətəni, bayrağı uğrunda şəhid olub, qürur duyuram" deyir , ata oğul balası əvəzinə sinəsinə bayraq sıxır, bu o zaman olur ki , şəhid övladı atasının cənazəsini
əsgər paltarında qarşılayır, gözünün yaşını ürəyinə axıdıb özünü sındırmır...Və bu o zaman olur ki , bir qadın bir ayın içində həm qardaşını, həm can yoldaşını Cənnət yolçusu edir və beləcə hərbi geyimdə ərinin tabutunu daşıyır...Məmləkətimizin taleyi güvənli əllərdə ...YUMRUĞUN arxası möhkəmdi..
xxx
Naxçıvan Muxtar Resbublikasının Şərur rayonunun Ələkli kəndindən olan Nargül xanım kimi...
Nargül xanım Qarabağ Müharibəsində iki şəhid verib - qardaşı və həyat yoldaşı Vətən üçün canlarından keçib.
Qardaşı Elton Qəmbərli oktyabrın 24-də Şərur şəhərinin Şəhidlər Xiyabanında, həyat yoldaşı Adil İbrahimli isə bu gün Bakı şəhərində dəfn olunub.
Fatma ABBASQULUBƏYLİ

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ