Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin sabiq rəisi Movses Akopyan Qazaxın 7 kəndi və Kərkinin qaytarılması məsələsinin 10 noyabr razılaşmasından sonda çıxarıldığını deyir
GünAz.az erməni mediasına istinadən Akopyanın fikirlərini təqdim edir:
– Yeni bir sirr açacam. Üçtərəfli sənədin ilkin versiyasına Tavuşun kəndləri (Qazaxın 7 kəndi) və Tiqranaşen (Kərki) kəndi də daxil edilmişdi, lakin sonradan bunlar çıxarıldı;
– Çünki o dövrdə itkilərimiz çox idi və bu məsələlər də sənədə əlavə edilsəydi, ölkənin hərbi-siyasi rəhbərliyi bunun altından çıxa bilməyəcəkdi;
– Bu baxımdan, proses mərhələlərə bölündü və bu gün yenidən gündəmə gətirilib;
Şuşaya "İsgəndər” atdıqları etirafını da Akopyan etmişdi, sonradan bu təsdiqini tapdı. İndi Qazaxın kəndləri və Kərki ilə bağlı sirləri açır.