
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində yeni tikiləcək "Gənclər Yaşayış Kompleksi”nin layihəsinə baxıb.
Bu barədə GunAz.az-a Naxçıvan MR Ali Məclisinin mətbuat xidmətindən xəbər verilir.
Məlumata görə, kompleks 7 doqquzmərtəbəli binadan ibarət olacaq. Yaşayış binalarında 2-3-4 otaqlı olmaqla, 378 mənzil olacaq. Kompleksdə həyətyanı sahə və istirahət parkı yaradılacaq.
Ali Məclisin Sədri yaşayış kompleksinin təməlini atıb, tikintinin keyfiyyətlə aparılması və mənzillərin sərfəli ipoteka şərtləri ilə gənc ailələrə satışı barədə tapşırıqlar verib.