SON DƏQİQƏ
» » Bütün hücumları Ali Baş Komandan şərəflə, böyük dəyanətlə dəf etdi

Bütün hücumları Ali Baş Komandan şərəflə, böyük dəyanətlə dəf etdi

Tarix:

12-11-2020, 08:38

/ 2 560 dəfə oxundu.
Bütün hücumları Ali Baş Komandan şərəflə, böyük dəyanətlə dəf etdi


 

Abutalıb Səmədov: "Ali Baş Komandan İlham Əliyev "rəqqas” Paşinyanı sındırdı, dizlərini yerə qoyaraq "təslim aktına” qol çəkməyə məcbur etdi"

 

Müsahibimiz Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədovdur.

-Abutalıb müəllim ilk növbədə QƏLƏBƏ münasibətilə Sizi təbrik edirik. Bu əzəmətli QƏLƏBƏni xalqımız 30 ildir gözləyirdi…

- Sağ olun, mən də sizi və bütün xalqımızı bu mühtəşəm QƏLƏBƏ münasibəti ilə təbrik edirəm. Dəfələrlə Ermənistan hakimiyyətinə müraciət edərək işğal etdikləri torpaqları azad etməyi təklif edən Azərbaycan prezidenti İlham Əliyevinapardığı uzaqgörən siyasəti öz nəticəsini verdi. Paşinyan hakimiyyətinin27 sentyabrda törətdiyi növbəti təxribat Ermənistanının tam və qəti məğlubiyyəti ilə başa çatdı. Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. Xalqımız uzun illər həsrətində olduğu qələbəyə qovuşdu. Erməni işğalçıları layiq olduqları cəzanı aldılar.

- Bəyanatda yer alan işğalda olan rayonların mərhələlərlə qaytarılması və nəqliyyat əlaqələrinin bərpası haqda nə deyə bilərsiniz?

- Bəyanatda 15 noyabr 2020-ci il tarixinədək Kəlbəcər rayonunun, 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonunun, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunun Azərbaycan Respublikasına qaytarılması nəzərdə tutulur. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır. Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.

Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.Bunun qarşılığında Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Beləliklə, qardaş Türkiyə və Naxçıvanla birbaşa əlaqənin yaradılması təmin olunur.

- Ermənistan hökuməti təslim aktına atdığı imzanın arxasında dayana biləcəkmi?

- Təslimçilik aktı imzalandıqdan sonra Ermənistanda çaxnaşmalar başlayıb, hökumət binası darmadağın edilib. Prezident bəyanatın imzalanmasından xəbərsiz olduğunu deyərək, açıq şəkildə olmasa da bu addımı dəstəkləmədiyini bəyan edib. Heç bir ciddi nüfuzu olan qüvvə atılan addımı müdafiə etməyib. Ümumiyyətlə, bəyanatı imzalamağın zəruri olduğunu iki nəfər bəyan edib - Paşinyan və qondarma respublikanın saxta "prezidenti” Araik Arutunyan. Bu o "prezidentdir” ki, hərbi əməliyyatlar başlayanda "Azərbaycanı dizüstə qoyacağını” deyirdi. Ancaq son nəticədə Azərbaycan Ordusu, Ali Baş Komandan İlham Əliyev həm onu, həm də "rəqqas” Paşinyanı sındırdı, dizlərini yerə qoyaraq "təslim aktına” qol çəkməyə məcbur etdi. Sənədin altında Paşinyanın imzası olsa da, Azərbaycanın möhtəşəm qələbəsini təsdiqləyən bəyanata əslində bu iki avantürist birlikdə imza atdı.

"Qalib millət” olduqlarını iddia edən ermənilər heç bir xalqın son illərdə üzləşmədiyi fəlakətlə üzləşdi. Azərbaycan Ordusu ermənilərə tarix boyu unuda bilməyəcəkləri sarsıdığı zərbələri vurdu, onların millət olaraq nə qədər miskin və qorxaq olduqlarını bir daha sübut etdi.Erməniləri bütün dünyada biabır edən bu ağır məğlubiyyətdən sonraPaşinyanın hakimiyyətdə qalması mümkünsüzdür. Ancaq hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq heç nə dəyişməyəcək. Hamı bilir ki, bu forpost-dövlətin sahibi ermənilər deyil və imzalanan sənədin altında Rusiya prezidentinin imzası var. Bu isə Ermənistanın imzasından imtina etməyəcəyinin təminatıdır. Əgər belə bir cəhd olsa, ermənilər bir qədər sonra daha ağır şərtlərlə "təslim aktı” imzalamaq məcburiyyətində qalacaqlar.

- Ali Baş Komandan İlham Əliyev müharibə dövründə bir sıra təzyiqlərlə üzləşdiyini bildirdi…

- Bəli müstəqillik tariximizin ən böyük qələbəsində həlledici rol möhtərəm prezidentimizə məxsusdur. Bir neçə cəbhədə onun apardığı möhtəşəm mübarizənin yalnız bir hissəsini biz müşahidə edə bildik. Lakin cənab İlham Əliyevə xarici qüvvələrin göstərdiyi təzyiqlər bizim gözlərimiz qarşısında olmadı. Bu hücumları dövlət başçımız təklikdə şərəflə, böyük dəyanətlə dəf etdi. Ancaq xarici qüvvələrin müqaviməti bitməyib. Qarşıda Azərbaycan prezidentini dövlətimiz və xalqımız naminə çətin mübarizə gözləyir. Bu şəraitdə bizim borcumuz müzəffər Ali Baş Komandanımızın yanında olmaq və ona atdığı addımlarda dəstək göstərməkdir.

 

İlqar QURBAN

 


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ