SON DƏQİQƏ

Zaur da Xəzər TV-dən KƏNARLAŞDIRILDI

Tarix:

29-08-2020, 08:53

/ 3 068 dəfə oxundu.
Zaur da Xəzər TV-dən KƏNARLAŞDIRILDI

Xalq artisti Murad Dadaşovun rəhbərlik etdiyi Xəzər TV-də bir neçə dəyişiklik baş tutub.

GunAz.az xəbər verir ki, bəzi tanınmış teleaparıcıların kanaldakı fəaliyyətinə son qoyulub.

Onlardan biri Zaur Kamaldır. Zaur bundan sonra Xəzər TV-nin nəzdində fəaliyyət göstərən Dalğa TV-də tamaşaçıların görüşünə gələcək.

Mart ayından aparıcısı olduğu verilişi bağlanan prodüser Tarix Əliyev də (Tolik) yeni mövsümdən Dalğa TV-də efirə çıxacaq.

Xəzər TV-nin efirindən qaldırılan digər bir layihə isə aşpaz Ağakərim Əbülfəzoğlunun "Anamın yeməyindən yoxdur” proqramıdır. Bu veriliş də Dalğa TV-də yayıma başlayacaq.Axsam.az

скачать dle 12.1

Şərhlər