
Koronavirusla bağlı Azərbaycan Ordusundakı durum açıqlandı
Bunu Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun pandemiya dövründəki fəaliyyəti, əsgərlərin səhhəti və döyüş ruhu ilə bağlı sualı cavablandırarkən deyib.
"Şəxsi heyət gün ərzində 3 dəfə termometriya edilir. Eyni zamanda bizim öz laboratoriyalarımız var və analizləri də özüm aparırıq. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti də böyük dəstək oldu. Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən prosesləri ciddi nəzarətdə saxlayır. Eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyeva da orduda gedən məsələləri ciddi nəzarətdə saxlayır, göstərişlər verir, dəstək olur. Pandemiya ilə mübarizədə də belə oldu. Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, amma karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı".