SON DƏQİQƏ

Hər bir obyektdə iş başlayanda...-ÇAĞIRIŞ

Tarix:

13-05-2020, 16:23

/ 2 116 dəfə oxundu.
Hər bir obyektdə iş başlayanda...-ÇAĞIRIŞ

"Hər bir obyektdə iş başlayanda və yekunlaşdırılanda dezinfeksiya işləri aparılmalıdır”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev ATV telekanalında yayımlanan "ATV Qərargah” verilişində deyib.

 

"Restoranlarda masalar arası məsafə iki, stullar arası isə bir metr olmalıdır. Bərbərxanalarda, gözəllik salonlarında da işçilər və müştərilər tibbi maskalardan istifadə etməlidirlər. Karantin qaydalarına riayət etmək hər bir vətəndaşın borcudur. Bir nəfərin bu qaydaları pozması həm özü, həm də digər şəxslər üçün risk olur. Bu səbəbdən insanlar arasında yoluxmaların sayını azaltmaq üçün metodiki göstərişlərə əməl etmək lazımdır”, - deyə DİN rəsmisi vurğulayıb. 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ