SON DƏQİQƏ
» » Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır

Tarix:

27-04-2023, 15:56

/ 237 dəfə oxundu.
Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə çıxır


 

Bakı Ağır Cinayətlər Məhkəməsinin üç hakimi təqaüdə göndərilir.

APA-nın əldə etdiyi xəbərə görə, onlar - İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudovdur.

Yaş həddi ilə bağlı üç aydır ki, bu hakimlərin icraatına yeni cinayət işləri verilmir. Onlar araşdırdıqları sonuncu işləri yekunlaşdırdıqdan sonra hakimlik səlahiyyətləri sonlandırılacaq.

Qeyd edək ki, İradə Həsənzadə, Məhəmməd Əkbərov və İlham Mahmudov 1958-ci ildə anadan olublar. Bu il onların 65 yaşı tamam olur.

İradə Həsənzadə 12, Məhəmməd Əkbərov beş, İlham Mahmudov dörd ildir, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimidir.

скачать dle 12.1

Şərhlər