SON DƏQİQƏ
» » Məhərrəm Bədirzadə: “Yerdən nəsə tapmaq oğurluq deyil” - MÜSAHİBƏ

Məhərrəm Bədirzadə: “Yerdən nəsə tapmaq oğurluq deyil” - MÜSAHİBƏ

Tarix:

13-04-2017, 16:56

/ 5 149 dəfə oxundu.
Məhərrəm Bədirzadə: “Yerdən nəsə tapmaq oğurluq deyil” - MÜSAHİBƏ

Əməkdar incəsənət xadimi  Məhərrəm Bədirzadə nəvəsinin toyuna dəvət etdiyi Ramiz Məmmədovun sırğa oğurluğunda ittiham edilməsinə münasibət bildirib. 
 
Xatırladaq ki, bir neçə gün öncə Südabə adlı xanım "Xəzər xəbər”də Ramiz Məmmədovu sırğasını oğurlamaqda ittiham etmişdi.
Məhərrəm Bədirzadənin Teleqraf.com-a müsahibəsini təqdim edirik: 
- Ramiz Məmmədov sizin nəvənizin toyunda sırğa oğurluğunda ittiham edilir. Bu məsələyə münasibətinizi bilmək istərdik…
- Bu məsələnin bu qədər şişirdilməsinə gərək yoxdur. Qadın sırğasını haradasa itirib. Ramiz də foyedən keçəndə ayağına nə isə ilişib və bijuteriya götürüb. Səhər isə toy sahibinə qaytarıb. 
- Nəvənizin toyu olduğuna görə toy sahibi sizsiniz. Bijuteriyanı sizə qaytardı?
- Xeyr, mənə yox, toy sahibinə qaytarıb. Toy sahibi mən deyiləm. 
- Axı, onu toya siz dəvət etmisiniz?
- Nə olsun ki, nəvəmin toyudur.  Toy sahibi mən deyiləm. Qadın polisə verib və kamera görüntüsünə baxılıb. Hadisə polis tərəfindən aydınlaşdırılıb.  Oğurluq kiminsə cibinə girməkdir. Yerdən nəsə tapmaq başqa şeydir. Hadisədən üç-dörd ay keçib.
- Bununla xalq artistinin nüfuzuna xələl gətirilir?
- Ramiz sənətkardır. Qadın dəqiq sırğasını harada itirdiyini bilmir. Sırğasını itirdikdən sonra restorana gedib və orada deyiblər ki, belə bir kamera görüntüsü var. Görüntüyə mən də baxmışam, əyilib nə isə götürür.  Nə götürübsə, onu da qaytarıb. Məsələ bununla qurtardı. Ramiz elə oğlan deyil. 
- Xanım sizin qohumdurmu?
- Xeyr , xanım mənim yox, oğlan evinin qonağı idi. Onu tanımıram. Amma qadını da qınamıram. Kimsə itirdiyi əşyasını axtarmalıdır.  Keçib getdi. Bu məsələ mənlik deyil. Ramiz neynəsin ki, həyatda belə insanlar da var.  Mən yüz faiz bilirəm ki, Ramiz elə oğlan deyil. Bəlkə xanım əşyasını küçədə itirib?   Xanımı da qınamıram sırğasını itiribsə axtarmalıdır. 

GUNAZ.az

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər