SON DƏQİQƏ
» » “İnsanın mənəvi dünyası, ruhu güclü olmalıdır və Insanlığa xidmət etməlidir!”

“İnsanın mənəvi dünyası, ruhu güclü olmalıdır və Insanlığa xidmət etməlidir!”

Tarix:

9-03-2017, 13:56

/ 4 918 dəfə oxundu.
“İnsanın mənəvi dünyası, ruhu güclü olmalıdır və Insanlığa xidmət etməlidir!”

Müsahibim "İctimayyətlə Əlaqələrin inkişafi "ictimai birliyin sədri Anfisa Zinyeddindir.
- Anfisa xanım, ötən il 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə mətbuata verdiyiniz müsahibədə qadınların problemlərinin həllinə və onların hüquqlarının təminatına yardım üçün vətəndaş cəmiyyətinin faəl olmasının vacibliyini qeyd etmişdiniz. Arxada qalan bir ildə bu sahədəki fəaliyyət sizi qane edirmi? Bir ictimai təşkilat rəhbəri olaraq, müşahidələriniz nəyi göstərir?
- İlk növbədə onu qeyd etmək istəyirəm ki, qadınların Azərbaycanın icimai-siyasi həyatında rolunun artır. Bu, sevindirici bir hadisədir. İdarəetmədə, vətəndaş cəmiyyətində, mediada xanımların fəaliyyətinin sferasının genişlənməsi Azərbaycan dövləti və cəmiyyətinin inkişafına xidmət edə bilər. Mənim rəhbərlik etdiyim "İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi də fiziki məhdudiyyətli atılmış qadınlara, uşaqlara qayğı, onların hüquqlarının təminatına dəstək məqsədilə xeyriyyə tədbirləri keçirir. Mən bu tədbirləri təşkil etməklə xanımların maarifləndirmə işinə yüz faiz olmasa da müəyyən qədər köməyim dəyir. Bununla da mən bir vətəndaş, bir vətəndaş cəmiyyəti təmsilçisi olaraq, öz üzərimə düşən vəzifəni yerinə yetirmiş oluram.
Mən bir rəhbərlik etdiyim QHT-nin maliyyə imkanları məhdud olsa da həm bir qurum rəhbəri kimi, həm də qadın olaraq çalışıram həmin insanlara mənəvi dayaq olum, onlar həyatda tək olmadıqlarının fərqində olsunlar. Hər kəs bu qaydada öz bacardığını etsə, böyük nəticələr əldə edə bilərik. Amma bu sahədə maarifçilik işinin daha geniş şəkildə həyata keçirilməsinə ehtiyac var.
- "İctimaiyyətlə Əlaqələrin İnkişafı” İctimai Birliyi "Qusarda gənc qizlarin peşə kurslarına cəlb olunması " layihəsi həyata keçirib. Bu tədbirin gənc xanımlara dəstək baxımından, müsbət nəticəsi oldumu?
- Əlbəttə. Mən öncə onu qeyd etmək istərdim ki, 2016-cı ildə Qusar rayonunda həyata keçirdiyimiz layihə iş axtaran qızlar tərəfindən böyük maraqla qarşılandı. İkincisi, böyük sevinc hissi ilə deyə bilərəm ki, biz qarşıya qoyduğumuz məqsədə çatdıq. "İctimaiyyətlə Əlaqələrin İnkişafı "İctimai Birliyi bölgələrdə gənc qızların məşğulluq probleminin həllinə yardım məqsədilə Qusar rayonunda peşə kursları təşkil etdi. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən dörd aylıq layihə çərçivəsində biz gənc xanımlara dərzilik peşəsini öyrətməklə onların iş tapmasına şərait yaratmağa çalışdıq. Yəni məqsədimiz məşğulluq probleminin minimum səviyyəyə endirilməsidır. Son illər dövlət proqramı çərçivəsində həyata keçirilən layihələr Qusar rayon gənclərinin məşğulluq səviyyəsinin inkişafına şərait yaradıb. Eyni zamanda gənclər siyasəti nəticəsində Qusar rayon gənclərinin asudə vaxtlarının təşkili, onların zərərli vərdişlərdən uzaqlaşmasına stimul verir. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, yaradılan bu kimi şəraitdən ancaq oğlanlar istifadə edə bilir. Rayonun ucqar kəndlərində apardığımız araşdırmalar zamanı məlum olub ki, kəndlərdə istedadlı qızlar olsalar da, onlar bir çox vaxtlarda bu istedadlarını üzə çıxara bilmirlər. Bunun üçün ya imkanlar məhdud olur və ya ailə mentaliteti buna imkan vermir. Təşkilat olaraq Qusar rayon Urva kəndində fəaliyyət göstərən kənd orta məktəbində oxuyan qızlar arasında apardığımız fərdi söhbətlər zamanı onların dərziçilik, jurnalistika, publisistika, rəqs və bu kimi ixtisasa marağının olduğunu müşahidə etdik. Sadəcə onlar bu istedadlarını yetərincə göstərə bilmirlər. Fərdi sorğular zamanı qızlar bu problemin əsas səbəbi kimi yetərli şəraitin olmamasını göstərirlər. Qusar rayon Ciləgirdə, Xuray kəndlərində də apardıımız araşdırmalar zamanı analoji halların hökm sürdüyünün şahidi olduq. Mövcud problemin aradan qaldırılması üçün Qusar rayon Urva, Ciləgir, Xuray kəndlərində olan gənc qızların dərziçil kurslarına cəlb olunmasına nail olduq. Dörd ay müddətində gənc qızlar böyük maraq və həvəslə peşə sahibi oldular. Kursları bitirən istedadlı qızların əl işlərinin geniş ictimayyətə çatdırılması və aidiyyatı yerlərdə işə düzəldilməsinə yardım etməyə çalışırıq.
Ancaq bu son deyil və belə layihələri davam etdirmək niyyətindəyik.
- Layihə çərçivəsində görülən işlər sizin xeyriyyəçilik fəaliyyətinizə mane olmur ki?
Etiraf edim ki, son bir ildə işlərim xeyli artıb. Sədri oldugum "İctimayyətlə Əlaqələrin İnkisafi "ictimai birliyin taşkilatçılığı ilə "Dünya" TV-də yayimlanan "Fərqli" verlişinin layihə rəhbəri və aparıcısıyam .Eyni zamanda, bədii-publisistik yaradıcılıqla məşğulam. Ancaq bu mənim xeyriyyəçilik və maarifləndirmə sahəsindəki fəaliyyətimə mane olmur. Çünki bir çox qadınların, uşaqların bizim dəstəyimizə ehtiyacı var. 
- Həmin insanlara nə qədər qayğı göstərilsə də yenə də onların atılmasının qarşısını almaq, ailələrə və cəmiyyətə inteqrasiyasını təmin etmək onlara daha çox yardımçı ola bilər.
- Düşünürəm ki, bunun üçün başlıca şərt ailənin təməlinin düzgün qurulmasıdır. Ailə quran insanlar arasında yaş fərqi böyük olmamalıdır. Ona görə də Azərbaycanda ailə sistemi düzgün qurulsa, atılmış uşaqlar da olmayacaq, kimsəsizlər də olmayacaq və cəmiyyət sağlam təməllər üzərində inkişaf edəcək. Onu da deyim ki, fiziki məhdudiyyətli olmaq nöqsan deyil. Həmin insanlarda olan ruh yüksəkliyi bəlkə də normal, sağlam insanlardan qat-qat çoxdur. Yəni əsas şərt fiziki məhdudiyyət deyil, gərək insanın ruhunda məhdudiyyət olmasın. İnsan psixoloji dünyası sağlam olmalıdır. Mən tədbirlərdə fiziki cəhətdən qüsurlu insanlarda həyat eşqinin, sevgini sağlam insanlardan qat-qat artıq olduğunu görəndə təəccüblənirəm.
- Sizcə, bu fərq nədən doğur?
- Səbəb naşükürlükdür. İnsanlar Allahın onlara verdiyi sağlam yaşam tərzinin dəyərini sanki qiymətləndirə bilmir. Biz hər an şükür etməliyik ki, gəzirik, görürük, sağlam yaşayırıq. İnsanlar o qədər maddiləşib ki, mənəviyyatını unudub. Mənəviyyat maddiyyatın sütunudur. İnsanın mənəvi dünyası, ruhu güclü olmalıdır ki, maddiyatı da güclü olsun. Həmin fiziki cəhətdən qüsurlu insanlarda ruh yüksəkliyi o qədər güclüdür ki, maddi həyat gözə görünmür. Fiziki cəhətdən sağlam insanlar daha çox maddiyatın arxasınca qaçır. Amma fiziki cəhətdən qüsurlu insanlarda belə deyil.
- Siz "Dünya "tv –də yayimlanan "Fərqli" proqramından söz açdınız. Maraqlıdır, Anfisa Zinyeddin fərqi nədə axtarır?
Mən fərqli insanların, cəmiyyət tərəfindən görə bilmədikləri , fərqliliklrini göstərməyə calışıram. Bəşəriyyətə munasibətində , insanlığın fərqini axtarmağa calışıram.
- İki kitabınız nəşrə hazırlanır və yaxın zamanlarda ictimaiyyətə təqdim olunacaq. Kitablardan biri "Səndən uzaqlarda", digəri isə "Dünya sevgi istəyir" adlanır. Sizcə, dünyada sevgi azdırmı?
Məncə çox azdır və bu azıda itirmək üzrəyik. Biz dünayamızı sevgilə xilas edə bilərik. Bütün canlı və cansızlara sevgi. Bütün bəşəiyyətə sevgi. Bunlarin ən başında isə Allaha sevgi durur. Yetər ki , yaradanımıza sevgi olsun ürəyimizdə.Yaradanı sevən ,yaratdiğınıda sevər.
- Artıq Türkiyə ədəbiyyatında da imzanız görünür. Nədən türk hekayələri yazmaq qərarına gəldiniz?
Cunki biz ayri dovlət ,eyni milliyətik. Bir türk qızı olaraq, millətimə sevgidən irəli gəlir.
Maraqlıdır, Anfisa Zinyeddin kimdir? Təşkilat rəhbəri, jurnalist, yazar və nəhayət bir xanım və ana olaraq Anfisa Zinyəeddin özünü hansı statusda görür?
-Azərbaycanın dəyərlərini özündə cəmləşdirməyə calışan bir xanım statusunda. Mən qeyd etdiyiniz bütün statuslarda ferqli ferqli sahələrdə fəqliyyət də olsamda, cəmində bütün fəaliyyətimdə , insanlığa xidmət etməyə calışıram.
-Amma siz başqa ictimai fəaliyyət növləri ilə də məşğul olursunuz. Bu, sizə bir xanım kimi mane olur ki?
-Xeyr mane olmur. Əgər tədbir təşkil edirəmsə, onu edirəm, nə isə yazmaq istəyirəmsə bununla məşğul oluram. Analıq etmək istəyirəmsə, öz övladımın qayğısını çəkirəm. Mənim içimdə hərənin öz ünvanı var. Bütün bunlar ayrı-ayrılıqda olsa da, cəmində bir Anfisa Zinyeddin var və mən ona çox dəyər verirəm. Çünki mən hər bir işi bacardığım qədər, yüksək səviyyədə görmək istəyirəm. Əsas odur ki,sevdiyim və sevə- sevə gördüyüm işlərlə məşğul oluram.
-8 mart Beynəlxalq Qadınlar Gününü hər qadın özü üçün bir cür təsəvvür edir. Siz özünüz üçün bu əziz günü necə təsəvvür edirsiniz? Bu bayramda sizə hansı sürprizin edilməsini istərdiniz?
- Mən öncə bütün xanımları 8 mart Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edirəm.8 mart bayramı dedikdə ilk öncə göz onümə Anam gəlir. Ona hədiyyə eləməyi və onun o andaki xoşbəxt simasının sevincini yaşamağı sevirəm.
Əziz günlərdə isə bütün ailəmin və sevdiyim insanlarla bir arada olamağı və bir süfrə arxasında Allahin verdiyi neymətləri şükranlıqla şirin söhbətlər ətrafinda paylaşmagi sevirəm.Mənim ücün ən böyük hədiyyə budur.
Anfisa xanım bizdə sizi təbrik edirik. Arzularınızın çin olmasını diləyirik, ugurlarınız bol olsun deyirik.
Söhbətləşdi –Muşfüq Abdulla

скачать dle 12.1

Şərhlər