SON DƏQİQƏ
» » Temperatur yenidən aşağı enəcək- XƏBƏRDARLIQ

Temperatur yenidən aşağı enəcək- XƏBƏRDARLIQ

Tarix:

26-07-2022, 14:35

/ 1 245 dəfə oxundu.
Temperatur yenidən aşağı enəcək- XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında iyulun 28-dən 29-u səhərədək şimal-qərb küləyi 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s olacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Azərbaycanın rayonlarında iyulun 27-dən üçüncü ongünlüyün sonunadək əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.

Qərb küləyi arabir 15-18 m/s, 28-də bəzi yerlərdə arabir 20-25 m/s olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

скачать dle 12.1

Şərhlər