SON DƏQİQƏ

Nazirlər Kabinetindən yeni qərar

Tarix:

20-07-2022, 11:29

/ 1 268 dəfə oxundu.
Nazirlər Kabinetindən yeni qərar

Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edəcək və müvafiq şəhadətnamə verəcək.

Bu, Nazirlər Kabinetinin dəyişiklik etdiyi "Azərbaycan Respublikası Ailə Məcəlləsinin tətbiqi ilə əlaqədar bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda öz əksini tapıb.

Qərarda qeyd olunub ki, Ermənistan Respublikasında tərtib olunmuş vətəndaşlıq vəziyyəti akt qeydləri bərpa edilərkən yer adları Azərbaycanın tarixi toponimlərinə uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının tövsiyələri nəzərə alınmaqla yazılacaq.

Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi barədə qeydiyyat şöbələri və ya konsulluq idarələri tərəfindən ilkin akt qeydinin olduğu qeydiyyat orqanına (Ermənistan Respublikası istisna olunmaqla) məlumat göndəriləcək.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ