SON DƏQİQƏ

Azərbaycan yazıçıları 2020/2021 Beynəlxalq Sülh Mükafatı laureatları oldular

Tarix:4-05-2021, 09:55 Oxunub:3 465

Azərbaycan yazıçıları 2020/2021 Beynəlxalq Sülh Mükafatı laureatları adına  layiq   görülüblər. Qeyd  edək  ki  "Tarixi roman" nominasiyasında eyni anda iki mükafatçı seçilib. Bu haqda yaradıcı forumun onlayn platformasında - II Böyük beynəlxalq ədəbi onlayn layihəsində elan edilib. 

"Müharibə və Humanizm" romanına görə Ramiz Qasımov (Dəniz),Tarixi Roman nominasiyasında Qran Pri qazanıb. Yunus Oğuz isə "Tamerlan" romanına görə ikinci dərəcəli laureat olub. 
Qeyd edək ki,2020-2021-ci illərdə Beynəlxalq Sülh Mükafatının qalibləri aşağıdakı nominasiyalarda müəyyənləşdirilib:Tarixi Roman, Nəsr, Fantaziya, Uşaq Ədəbiyyatı, Şeir, Mahnı Poeziyası, Qeyri-Bədii, Dedektiv Roman, "Jurnalistika".

2020/2021 Beynəlxalq Sülh Mükafatının "short-list"inə daxil olan müəlliflər arasında digər Azərbaycan yazıçıları da təmsil olunub: "Nəsr" nominasiyasında - Çingiz Abdullayev və Ramiz Abbaslı (Barxudarov); "Şeir" nominasiyasında - Nəriman Həsənzadə və Sabir Rüstəmxanlı; "Publisistika" nominasiyasında - Səriyyə Məmmədova.

 



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<