SON DƏQİQƏ
» » Prezidentdən bu rayonlarımızla bağlı - Qərar

Prezidentdən bu rayonlarımızla bağlı - Qərar

Tarix:

13-03-2021, 19:48

/ 6 403 dəfə oxundu.
Prezidentdən bu rayonlarımızla bağlı - Qərar

Prezident İlham Əliyev "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 yanvar tarixli 500 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 90, № 11, maddə 1719; 2020, № 8, maddə 1039, № 12 (I kitab), maddə 1479) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.4.7-ci yarımbəndindən "Şərur rayonunun” sözləri çıxarılsın və həmin yarımbəndə "Kərimbəyli” sözündən sonra "(Şərur rayonu)” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti "Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 23 fevral tarixli 275-VIQ nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ