SON DƏQİQƏ
» » Havaya görə Bakıda məktəblər bağlandı? - Açıqlama

Havaya görə Bakıda məktəblər bağlandı? - Açıqlama

Tarix:

12-03-2021, 17:22

/ 6 212 dəfə oxundu.
Havaya görə Bakıda məktəblər bağlandı? - Açıqlama

Paytaxtdakı ümumtəhsil müəssisələrində dərslər normal şəkildə davam edir.

Bu sözləri açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Mətbuat xidmətinin rəhbəri Bəşarət Məmmədov deyib.

B.Məmmədov dərsə davamiyyətin çox aşağı olması barədə yayılan məlumatı da təkzib edib:

"Davamiyyət qənaətbəxşdir. Hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq təşkil edilir. Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur və müvafiq qaydaların icrası ilə bağlı mütəmadi monitorinqlər aparılır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ