SON DƏQİQƏ
» » Ölkəmizdə bu şəxslər SMS-lə peyvənd üçün çağırılacaq

Ölkəmizdə bu şəxslər SMS-lə peyvənd üçün çağırılacaq

Tarix:

3-02-2021, 19:51

/ 6 939 dəfə oxundu.
Ölkəmizdə bu şəxslər SMS-lə peyvənd üçün çağırılacaq

Azərbaycanda koronavirusa qarşı vaksinasiyanın birinci mərhələnin növbəti addımı kimi 65 yaşdan yuxarı vətəndaşların peyvəndlənməsinə başlanacaq. Bunun üçün xüsusi qeydiyyat mexanizmi yaradılıb.

Bu barədə Report-un sorğusuna cavab olaraq Nazirlər Kabinetindən bildirilib

Qeyd olunub ki, fevralın 5-dən etibarən 65 yaşdan yuxarı vətəndaşlar qeydiyyatdan keçiriləcək.

65 yaşdan yuxarı qeydiyyatdan keçmiş hər bir vətəndaşa SMS məlumat göndərilərək peyvəndləşməyə dəvət olunacaq.

Fevralın 8-dən başlayaraq bu yaş qrupuna aid olan vətəndaşlara peyvənd vurulacaq.

Ölkədə bu kateqoriyaya aid olan təqribən 700 000 vətəndaş var.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ