SON DƏQİQƏ
» » Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiqlənib

Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiqlənib

Tarix:

8-01-2021, 17:35

/ 2 817 dəfə oxundu.
Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiqlənib

Prokurorluğun Strateji İnkişaf Konsepsiyası təsdiq olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən GunAz.az-a verilən məlumata görə, bunu yanvarın 8-də Baş Prokurorluqda 2020-ci ildə prokurorluq orqanları tərəfindən görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsində Baş prokuror Kamran Əliyev bildirib. K.Əliyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 1 may 2020-ci ildə Baş prokuror vəzifəsinə təyinatla əlaqədar qəbul edilərkən verdiyi göstəriş və tapşırıqlar prokurorluq orqanlarında genişmiqyaslı islahatları labüd edib: "Həmin tapşırıqlardan irəli gələn vəzifələrin icrası məqsədilə Fəaliyyət Planı təsdiq olunmaqla qısa müddət ərzində prokurorluqda mütərəqqi struktur və kadr islahatları aparılmaqla prokurorluq orqanlarının cəmiyyətdə formalaşan yeni çağırışlara adekvat uyğunlaşması və fəaliyyətində şəffaflığın təmin edilməsi, işin çevikliyinin və səmərəliliyinin artırılması, dövrün tələblərinə cavab verən peşəkar dövlət təsisatı kimi yenidən formalaşdırılması məqsədilə zəruri tədbirlər görülüb.

Eyni zamanda, prokurorluğun fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın yenilənməsi, sistemli hala salınması məqsədilə "İşin Təşkili Qaydaları", həmçinin prokurorluq orqanlarının yaxın gələcəkdə fəaliyyət və inkişaf istiqamətlərini müəyyənləşdirən rəhbər sənəd kimi "Prokurorluğun 2020-2023-cü illər ərzində Strateji İnkişaf Konsepsiyası" hazırlanaraq təsdiq olunub".

İlqar QURBAN


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ