SON DƏQİQƏ
» » SES və 30 hektar ərazi Azərbaycana qaytarıldı

SES və 30 hektar ərazi Azərbaycana qaytarıldı

Tarix:

31-12-2020, 08:44

/ 4 670 dəfə oxundu.
SES və 30 hektar ərazi Azərbaycana qaytarıldı

Sünikin Qaraunc kənd nümayəndəliyi Azərbaycanla sərhədlərin müəyyənləşdiriməsi prosesində iştirak etmir, rəhbərlik proseslərdən kənarlaşdırılıb.

Axar.az xəbər verir ki, bu sözləri Qaraunc kəndinin rəhbəri Lusin Avetyan deyib.

Avetyan bildirib ki, kəndin 30 hektar ərazisi, o cümlədən bu ərazidə yerləşən SES sərhədlərin müəyyənləşdirilməsi çərçivəsində Azərbaycana verilib:

"Sərhədlər GPS vasitəsilə müəyyənləşdirilir və bu da sərhədin kənd ərazisi boyunca keçdiyini göstərir”.

O iddia edib ki, Azərbaycana keçən bağlar Ermənistanın "qanuni” ərazisidir.

O bildirib ki, azərbaycanlılar SES ərazisində də olub və buranın da Azərbaycana məxsus olduğunu bildiriblər.

Qeyd edək ki, bu ərazilər Ermənistanın sərhədlərindən kənarda - Azərbaycanın Zəngilan rayonu ərazisində yerləşir. Torpaqlarımız işğal altında olarkən Ermənistan özbaşına sərhədi irəli çəkərək, torpaqlarımızı istismar edib.

Hazırda Azərbaycan Ordusu dövlət sərhədini bərpa edir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ