SON DƏQİQƏ
» » Komendant saatında KİV-in fəaliyyətinə “icaze.e-gov.az” dan icazə alınmalıdır

Komendant saatında KİV-in fəaliyyətinə “icaze.e-gov.az” dan icazə alınmalıdır

Tarix:

28-09-2020, 18:01

/ 4 804 dəfə oxundu.
Komendant saatında KİV-in fəaliyyətinə “icaze.e-gov.az” dan icazə alınmalıdır

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

GunAz.az-ın məlumatına görə, bu, "Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətindəfəaliyyətinə icazə verilən sahələrin Siyahısı"nda əksini tapıb.

Bu sahədə fəaliyyət göstərən şəxslər barədə məlumatlar işəgötürən tərəfindən elektron imzadan istifadə edilməklə "icaze.e-gov.az” portalına daxil edildikdən sonra onların hərəkətinə yol veriləcək.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ