Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda həftəsonu ictimai nəqliyyat işləməyəcək.
GunAz.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.
<iframe class="adviad-resize" style="text-align: justify; box-sizing: border-box; width: 639.984px; max-width: 100%; height: 0px !important; min-height: 0px !important; border-width: initial !important; border-style: none !important; margin: 0px !important; padding: 0px !important; display: block !important;"></iframe>
Qərara əsasən, 12 sentyabr saat 00:00-dan 14 sentyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın fəaliyyəti qadağandır.
Qeyd edək ki, Bakı metrosunun fəaliyyəti sentyabrın 14-ü saat 06:00-dan bərpa ediləcək.