SON DƏQİQƏ
» » Valideynlərin nəzərinə: Bu gün saat 18:00-dək...

Valideynlərin nəzərinə: Bu gün saat 18:00-dək...

Tarix:

11-09-2020, 16:11

/ 4 731 dəfə oxundu.
Valideynlərin nəzərinə: Bu gün saat 18:00-dək...

11 sentyabr saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi sistemində yay dövrü üçün şagird yerdəyişməsi prosesi dayandırılır.

Təhsil Nazirliyindən verilən məlumata görə, bu siniflərin komplektləşdirilməsinin təmin edilməsi ilə bağlıdır.

Portalda mövcud sorğuların tamamlanması prosesi 15 sentyabr saat 18:00-dək davam edəcək. Valideynlər (qanuni nümayəndə) qeyd olunan tarixədək övladlarının şəxsi işlərinin əvvəl oxuduğu məktəbdən götürərək yerdəyişmə etdikləri məktəbə təqdim olunmasını təmin etməlidirlər.

Yerdəyişmə portalının oktyabrın ilk həftəsində yenidən açılması planlaşdırılır.

скачать dle 12.1

Şərhlər