SON DƏQİQƏ
» » Qızılı payız, telekanalların qızıl dövrüdür!

Qızılı payız, telekanalların qızıl dövrüdür!

Tarix:

9-09-2020, 20:01

/ 3 881 dəfə oxundu.
Qızılı payız, telekanalların qızıl dövrüdür!

Yeni efir mövsümü bir qayda oaraq yay fəslindən sonra başlayır. Bu ilk növbədə istirahətdən, yay tətilindən qayıdan tamaşaçı auditoriyasının ekran qarşısında daha çox zaman keçirməsi ehtimalına əsaslanmış addımdır. Bir qayda olaraq telekanallar bu yeni mövsümə daha mütərəqqi, yaradıcılıq elementləri ilə zəngin olan materialları təqdim etməklə başlayır.

Bu baxımdan Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinə daxil olan hər üç telekanal –"AzTv”, "Mədəniyyət ” və "İdman” telekanalları, həmçinin Azərbaycan radiosu da maraqlı formatda təqdim olunacaq yeni verilişləri ilə tamaşaçıları sevindirməyə hazırlaşır. Başlanmış televiziya mövsümündə QSC-yə daxil olan telekanallarımızda 16 yeni verilişin və tok şouların yayımlanması planlaşdırılır. "Yüksələn Bakı”, "Mənim hüququm”, "Əslində biz”, "Molla Nəsrəddin”, "Abadçı”, "Peşəkar” , "Gecə saatı” və digər verilişlər bədii-estetik dəyərləri, mədəni-maarifçilik yükü və iformativ konteksti ilə seçiləcək. Çünki müasir reallıqlar dövrü televiziamızdakı yaradıcı heyət üçün də potensialın tam şəkildə ortaya qoyulması deməkdir. Eyni zamanda İnformasiya Proqramları studiyasının təzədən qurulmuş çəkiliş pavilyonu da telməkan üçün bir yenilik olacaq.Müasir dekorasiya həm də yeni yanaşmanın əyani göstəricisidir!

Koronavirus pandemiyası dövründə Azərbaycan Televiziyası uğurlu efir siyasətinin təzahürü ilə yadda qaldığından, bu trendin postpandemiya dövrü üçün də xarakterik olacağına inanıram. Çünki müxtəlif yaş qruplarını təmsil edən tamaşaçıları ekran qarşısında saxlamaq strategiyası düzgün seçilib. Hərçənd ki, pandemiya sona çatmayıb. Odur ki, "Evdə qal! Televizora bax!” devizləri öz aktuallığını saxlamaqdadır. Maraqlı verilişlər sayəsində televiziyaçı-tamaşaçı tandemi isə doğrudan da "Biz birlikdə güclüyük!” deməyə əsas verir. Hər bir böhran vəziyyətində televiziya auditoriyasının artması aksiomdur! Əhalinin özünü izolyasiya rejiminə keçdiyi bir vaxtda televiziya jurnalistlərinin evdə qalan insanlar üçün maraqlı kontent ortaya qoyması, dinamik süjetlər, zəngin verilişlər hazırlaması professionallıqla yanaşı həm də peşə fədakarlığını ortaya qoyur. Tamaşaçıların pandemiya dövründə televizor qarşısında daha çox vaxt keçirməsi əslində televiziya jurnalistinin öz imkanlarını, yaradıcılıq potensialını nümayiş etdirməsi üçün də bir fürsətdir. Bu həmdə televiziyaçı əməyinin cəmiyyət qarşısında nə qədər gərəkli olduğunun göstəricisidir. Koronovirus dövrünü televiziyanın bəxti gətirdiyi dövr də adlandırmaq olar. Kiçik ekranlı telefon, planşet və ya notbuklarda deyil, geniş ekranlı televizorlarda daha keyfiyyətli video məhsula baxmaq, intensiv məlumat əldə etmək imkanı təbii ki, rahat və əlverişlidir. Bu həm də telekanalların cəmiyyət qarşısında mədəni-psixoloji tənzimləyici rolunu da artırır. Belə bir şəraitdə internet auditoriyasının audiovizual nəhənglərlə rəqabətdə müəyyən mənada mövqe itirməsi də hiss olunur. Hərçənd ki, indi telekanallar özləri də internet platformada və sosial şəbəkəlrdə təmsil olunurlar. Bu yolla texno-humanitar balans da qorunur.

Son 10 il ərzində marketinq araşdırmaları ilə məşğul oan Global Web Index şirkətinin yaydığı məlumata əsasən dünya üzrə etibarlı məlumat mənbəyi kimi telekanalların reytinq göstəriciləri də artır. Belə ki,Ənənvi tamaşaçı auditoriyasını təşkil edən orta yaş qrupu (30-54 yaş arası) ekran qarşısında daha çox vaxt keçirir və bu göstərici ümumi auditoriyanın 45 faizini təşkil edir. Hətta Zumerlər adlandırılan yeniyetmələrin ekran qarşısında keçirdikləri vaxtın həcmi də artıb və televiziyaya baxan Z nəslinin aktiv auditoriya göstəricisi 24 faiz olub. Bu dinamikanın davamlı olacağı isə şübhə doğurmur.Təəssüflər olsun ki,belə artan marağın fonunda reklam bazarının çökməsi telekanalları gəlirdən məhrum edib.Amma bu başqa bir mövzudur...

Odur ki, yeni mövsüm, qlobal miqyasda cəlbedici həyəcan olmaqla yanaşı maraqlı telelayihələr dövrü, efirdə müzakirələrin yeni intonasiyası deməkdir! Rəqəmsallaşan zəmanəmizin öz tələb və təklif sistemi formalaşır. İndi hərəkət dinamikası, sürət, keyiyyət dişikliyi həyatımızın əsas tələbidir. Bu yanaşmada yüksək əyarlı peşəkar televiziya saydığım, əlahiddə statuslu Azərbaycan Televiziyası da zamanın tələbinə uyğunlaşır! Maddi-texniki bazanın yenilənməsi, "AzTv”, "Mədəniyyət ” və "İdman” telekanallarının efir simalarının cavanlaşması, yaradıcı prosesdə müxtəlif yaş qruplarını təmsil edən peşəkarların birgə uğurlu fəaliyyəti digərləri üçün də örnək olar bilər. Bu vəhdət sayəsində yeni efir siyasətinin formalaşması və yayımlanan materialların müasir formatda təqdimatı alıqışa layiqdir. Yeni televiziya mövsümünüz mübarək!

 

Faiq Hüsiyev

Teleradio Akademiyasının rektoru, Əməkdar jurnalist


скачать dle 12.1

Şərhlər