SON DƏQİQƏ
» » Liseylərə qəbulla bağlı nəticələr açıqlandı

Liseylərə qəbulla bağlı nəticələr açıqlandı

Tarix:

3-09-2020, 11:31

/ 4 745 dəfə oxundu.
Liseylərə qəbulla bağlı nəticələr açıqlandı

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb.

İdarədən verilən məlumata görə, müsabiqənin nəticələrinə əsasən, ümumilikdə 374 şagird müvəffəq olub.

Onlardan 171 nəfər Texniki-Humanitar Lisey, 42 nəfər 2 nömrəli Texniki-Humanitar Lisey, 74 nəfər 147 nömrəli Texniki-Humanitar Lisey, 87 nəfər isə 291 nömrəli Ekologiya Liseyinin V sinfinə qəbul olub.

Qeyd edək ki, şagirdlərin nəticələri valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə SMS vasitəsilə göndərilib.

Həmçinin müsabiqənin nəticələri barədə məlumatı valideynlər müraciət etdikləri təhsil müəssisələrindən də əldə edə bilərlər.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ